İçeriğe geçmek için "Enter"a basın

Platini: "Ağzımdan vurublar"

22-12-2015

22:34 xeber – “FİFA-nın etika komitəsi mənim “ağzımdan vurub” otuzdurub. Amma mən öz təmiz adım uğrunda mübarizəni davam etdirəcəm”.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu sözləri UEFA-nın sabiq prezidenti Mişel Platini AFP agentliyinə müsahibədə deyib: “Mətbuatda mənim adıma çirkab atıb və imicimi ciddi şəkildə ləkələyib. Mən məhkəmə yolu ilə haqqımı təlab edəcəm”.

Ötən gün FİFA etika komitəsi UEFA prezidenti Mişel Platinini və FİFA rəhbəri Yozef Blatterini 8 il müddətinə futboldan kənarlaşdırılıb.

Onların hər ikisinin rüşvət qalmaqalında hallanır. Etika komitəsi tərəfindən verilən bu qərar FİFA-nın rəsmi saytında yer alıb. Onların hər ikisinə idmanın bu sahəsi ilə məşğul olmaq qadağan edilib.


UEFA rəhbəri Mişel Platini və FİFA prezidenti Yozef Blatter

FİFA-da korrupsiya ilə bağlı qalmaqal bu ilin yazından, bir neçə məmurun həbs olunmasından sonra baş qaldırıb. 2018-ci il və 2022-ci il Dünya Çempionatına ev sahibliyi edəcək ölkələrin korrupsiya müqabilində seçilməsinə dair işi Federal Təhqiqat Bürosu (FTB) və ABŞ prokurorluğu araşdırıb.

Oktyabrın əvvəlində FİFA-nın etika komitəsinin qərarına görə, Yozef Blatter futbol sahəsində işdən 90 gün müddətinə kənarlaşdırılmışdı.

Eyni xarakterli sanksiyalar qurumun baş katibi Jerom Valke və UEFA-nın prezidenti Mişel Platiniyə qarşı da tətbiq olunub.

1998-ci ildən FİFA prezidenti olan Yozef Blatter mayın 29-da yenidən bu posta seçilib. Lakin iyun ayında korrupsiya qalmaqalı ilə əlaqədar istefa verdiyini açıqlamışdı. Quruma növbəti seçkilər isə gələn ilin fevralında baş tutacaq.

mənbə :
anspress

Platini: “Ağzımdan vurublar”