İçeriğe geçmek için "Enter"a basın

Rus hökumətinin uşaqlara türk hədiyyəsi

22-12-2015

21:59 xeber – “Türkiyədən ixracın məhdudlaşdırılması üzrə Rusiya hökuməti Türkiyədən uşaq paltarlarının idxalını dayandırmaq barədə müzakirələr aparmır”.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə ölkənin baş nazirinin mətbuat katibi Natalya Timakova jurnalistlərə açıqlaması zamanı bildirib.

Bundan əvvəl Ticarətin Təşviqi Nazirliyinin nümayəndəsi Viktor Yevtuxov jurnalistlərə bildirmişdi ki, təmsil etdiyi qurum Türkiyədən yüngül sənaye məhsularının 70-80%-nin idxalına qadağa qoyulmasını təklif edir. “Biz Türkiyədən yüngül sənayenin mallarının gətirilməsinə qadağa qoyulmasını istəyirik. Bundan sonra türk mallarını əvəz etməyi bacarmalıyıq”.


Natalya Timakova – Rusiya baş nazirinin mətbuat katibi

Ölkələr arasında gərginlik 24 noyabrda Türkiyənin Rusiya qırıcı təyyarəsini vurmasından sonra yaranıb. Türkiyə Rusiya qırıcısını sərhədlərini pozduğu üçün vurub. Rusiya prezidenti Vladimir Putin isə hadisəni “arxadan vurulan zərbə” adlandırıb. Hadisədən sonra ölkələr arasında iqtisadi və siyasi münasibətlər demək olar ki, kəsildir. Bu isə hər iki ölkənin iqtisadiyyatını milyardlarla dollar zərbə vurur.

Qırıcı qalmaqalından sonra hətta Rusiyanın bir sıra müəssisələrinin işinin dayandırırdı.

Metal qıtlığından Rusiyanın Sankt-Peterburq vilayətinin Peterqof şəhərində yerləşən “Bosch-Siemens” soyuducu zavodunun işinin dayanmasına səbəb olub.

“Bosch-Siemens”dən olan mənbənin verdiyi məlumata görə, noyabrın 23-dən Rusiya gömrüyü Türkiyədən gələn detalları sərhəddə saxlayıb. Yəni Su-24 bombardman təyyarəsinin vurulduğu 24 noyabr tarixindən detallar gömrükdən keçə bilməyib.

mənbə :
anspress

Rus hökumetinin uşaqlara türk hediyyesi