İçeriğe geçmek için "Enter"a basın

Yeni ildə Bakı əhlini gözləyən yeniliklər

22-12-2015

20:39 xeber – Yeni ilin gəlişinə 10 gündən də az bir vaxt qalıb.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, Azadlıq meydanında 37 metr hündürlükdə olan şam ağacın quraşdırılması üçün əraziyə qaldırıcı kranlar gətirilib. Artıq yolka bəzədilib. Yeni ilin əsas atributu olan yolkalar parklarda da quraşdırılır, ağaclar rəngarəng çılçıraqlarla bəzədilir.

Dənizkənarı Milli Park ərazisində də artıq işlərə başlanılıb. Yolkalara quraşdırılır, daha bir neçə yerdə bu cür yolklar quraşdırılacaq.

Milli Parkın ən iri şam ağacı artıq hazırdır. 20 metr hündürlüyündə olan şam ağacınını üstü də artıq bəzədilib.

Dənizkənarı Milli Park idarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, hazırda yolkaların yanında olacaq Şaxta baba və Qar qızların seçimi aparılır. Seçimdən sonra hər yolkanın yanınıda bir Şaxta baba və Qar qızı da görmək mümkün olacaq:

“Hər il olduğu kimi bu il də az da olsa, xüsusi tələblərimiz var. Onların görkəmi, geyimləri, intilektual səviyyələri müəyyən dərəcədə yaxşı olmalıdır ki, Azərbaycanın ən gözəl istirahət məkanında insanların qarşısına çıxa bilsinlər”.

Dənizkənarı Milli Park idarəsi dekabr ayının 28-dən gücləndirilmiş iş rejiminə keçəcək.

mənbə :
anspress

Yeni ilde Bakı ehlini gözleyen yenilikler