İçeriğe geçmek için "Enter"a basın

Nazirlikdən ölkədəki qiymət artımı ilə bağlı AÇIQLAMA

22-12-2015


22.12.2015 / 11:17 xeber –

“Manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcək”

İqtisadiyyat və Sənaye Nazirliyi bəzi mağazalarda qeydə alınan qiymət artımı ilə bağlı məlumat yayıb.

 

Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib: “Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcək”.

mənbə :
lent.az

Nazirlikden ölkedeki qiymet artımı ile bağlı AÇIQLAMA