21:59 xeber – Rusiya Ermənistandakı hərbi bazasını gücləndirib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Rusiya Ermənistandakı hərbi bazasına 6 ədəd Mi-24 və Mi-8 helikopteri nəql etdirib.
Konkret olaraq Krasnodarda yerləşən hərbi aerodromdan İrəvanın yaxınlığında yerləşən Erebuni hərbi bazasına 6 ədəd Mi-24P döyüş helikopteri və Mi-8MT nəqliyyat helikopteri gətirilib.
Rusiya ilə Türkiyə arasında yaşanan gərgin münsibətllərin ardınca, Rusiya bu addımı atıb. Bundan əvvəl, dekabrın 8-də Ermənistandakı Erebuni rus hərbi bazasına 7 ədəd “Mi-24P” zərbə və “Mi-8MT”nəqliyyat vertolyotlarının gətirildiyi haqda məlumatlar yayılıb.
Mi-24 təyyarəsi.
Cənub Hərbi Dairəsinin İrəvandakı aviasiya bazası 1995-ci ildə formalaşdırılıb. 1998-ci ildə bazaya Rusiyadan gətirilmiş “MiQ-29” qırıcı təyyarələri yerləşdirilib. 2001-ci ilin iyulunda Erebunidə yerləşən hissələrdən aviasiya bazası yaradılıb. Həmin aviasiya bazası Gümrüdə yerləşən 102-ci hərbi bazanın hava komponentidir.
Mi-8 təyyarəsi.
İki ölkə arsında vəziyyətin gərginləşməsinə səbəb Türkiyənin Rusiyaya məxsus Su24 təyyarəsini Türkiyə-Suriya sərhədində vurması olub. Baş verən hadisələrdən sonra iki ölkə arasındakı vəziyyət arzu olunmaz həddə çatıb. Bundan sonra Rusiya Türkiyə mallarına sanksiyalar qoyub.
mənbə :
anspress