İçeriğe geçmek için "Enter"a basın

Elman Rüstəmovdan manatın gələcəyindən danışdı

21-12-2015

21:05 xeber – “Uzun fasilədən sonra fevral ayında manatın devalvasiyasını həyata keçirdik. Bunun səbəbi isə o vaxt neftin qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşməsi idi. Xarici ticarət, ödəmə balansımızı bu qiymətlərə uyğunlaşdırmağa çalışdıq”.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bunu AzTV-yə müsahibəsində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Sədr bildirib ki, AMB manatın məzənnəsinin əhəmiyyətli dərəcədə dəyişməsinə imkan verməyəcək. Onun sözlərinə görə, valyuta bazarına və məzənnəyə təsir edən əsas amil yalnız neftin qiymətinin sürətlə aşağı düşməsi deyil, hazırda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar da bu məsələdə az rol oynamır.

Son aylarda volatilliyin daha da artması nəticəsində 2014-cü ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100 faizi ötüb ki, bu da manatın məzənnəsinə təsir etməyə bilməz.

“Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin artmasını nəzərə alaraq, cari ilin fevral ayında manatın devalvasiyası həyata keçirildi. İqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olundu. Lakin yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətləri ilə uyğunlaşmasını zəruri edir”, deyə Elman Rüstəmov bildirib.

Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən bu gün üzən məzənnə rejiminə keçid barədə qərarın qəbul olunduğunu deyən AMB sədri üzən məzənnə haqqında məlumat verib: “Fundamental olaraq, bütövlükdə valyutada əmtəədir, ona tələb və təklif var, dünya bazarlarında onun qiyməti tələb və təklif arasında formalaşır. Buna idarə olunan üzən məzənnə deyirlər”.

Mərkəzi Bankın manatın məzənnəsinin istənilən istiqamətdə əhəmiyyətli dərəcədə üzməsinə imkan verməyəcəyini bildirən E.Rüstəmov deyib ki, AMB bunu idarə edəcək: “Çünki bugünkü məzənnədən əhəmiyyətli kənarlaşma bazar üçün çox ciddi çaşqınlıq yarada bilər. Biz bazardayıq, bu gün ilk auksionumuzu təşkil etdik, yəni biz həm də məzənnənin əməliyyat çərçivəsini dəyişdik”.

mənbə :
anspress

Elman Rüstemovdan manatın geleceyinden danışdı