İçeriğe geçmek için "Enter"a basın

Dolların yeni məzənnəsi

21-12-2015

manat
09:56 xeber – Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

Bankın açıqladığı rəsmi məzənnələrdə bunu açıq aydın görmək olur. Belə ki, rəsmi məzənnə blütenindən görünür ki, dollar həftəyə kəskin bahalaşma ilə başlayıb.
Azərbaycanda «üzən məzənnə»yə keçidin elan edilməsi özünü dərhal valyutadəyişmə məntəqələrində də göstərib. Amma fins.az-ın əməkdaşının məlumatına görə, məntəqələin heç də hamısı yeni məzənnəyə keçməyə tələsmirlər. Belə ki, Bakıdakı valyuta dəyişmə məntəqələri hazırda 3 rejimdə çalışırlar.

Fins.az-ın əməkdaşı paytaxtın mərkəzindəki “exchange”lərdən müşahidə aparıb. Belə ki, valyuta dəyişmə məntəqələrinin bir qismində hazırda nə alış, nə də satış var. “Echange”lərin bir qismi dolları 1.60 məzənnə ilə satırlar. Ancaq alan yoxdur.
Bəzi valyuta dəyişmə məntəqələri isə dolları köhnə məzənnə ilə, yəni 1.06 manata alırlar. Lakin satış dayandırılıb. Hazırda valyuta dəyişmə məntəqələrinin qiymət siyahısında dolların satış qiyməti göstərilmir. Ancaq köhnə alış qiyməti olaraq 1.055 qeyd edilib.

Valyuta dəyişmək istəyənlər isə dolların satılmamasından narazıdırlar. Alıcılardan biri fins.az-a bildirib ki, “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında “Kredobank” və «Parabank»ın “exchange”inə müraciət etsə də, ona dollar satılmadığı deyilib.
Avronun məzənnəsində də bahalaşma qeydə alınıb. Avro 1,6850 manata yüksəlib.

Bu bahalaşma Rusiya valyutasındanda yan keçməyib. İndi bir rubl 0,0218 manatdır.

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.
Azadliq.az

Dolların yeni məzənnəsi