İçeriğe geçmek için "Enter"a basın

"Bu mənə qismət olmayacaqsa, heç kimə olmayacaq"

21-12-2015

11:42 xeber – Bülənt Ərsoy geyinəməcəyi paltara 9 min manat pul verib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, məşhur müğənni brend mağalaradan birində bir geyimi çox bəyənib. Lakin onun ölçüsü olmayıb. Ərsoy geyimi başqasının əynində görmək istəməyib.

Bunun üçün də o, geyinməyəcəyi paltarın bütün ölçülərini alıb. Müğənni gülərək belə deyib: “Əgər bu paltar mənə nasib olmayacaqsa, deməli heç kimə olmayacaq”. Bu alış veriş ona 16 min türk lirəsinə ( 9 min manat) başa gəlib.

Qeyd edək ki, bir neçə gün öncə türk sənət musiqiçisinin divasının ərə gedəcəyi ilə bağlı xəbərlər yayılıb. Onun yaxın rəfiqəsi Oya deyib ki, Bülənt Ərsoy bəyəndiyi gəlinlik üçün axtarışlara başlayıb.

Bulənt Ərsoyun kişı vaxtı ifa etdiyi “Bir Allahı birde məni unutma”

Məşhur türk sənətçisi Bülent Ərsoy əməliyyatla cinsiyyətini dəyişdirib. Əsl adı Bülənt Ərkoç olan bu sənətçi məhşurlaşdığı vaxt, 1970-ci illərdə görünüşünü sürətlə dəyişib. Kişi olduğu halda səhnəyə qadın qiyafələrində çıxmağa başlayıb.

1981-ci ildə Londonda keçirdiyi cinsiyyət dəyişmə əməliyyatı ilə qadın olan bu müğənni indi də məhşur ifaçılar siyahısındadır. Bu əməliyyata sənətçi 40 min dollar ödəyib. O, kişi olduğu dövrə aid fotoşəkillərinin mətbuatda yayımlanmasından çox narahat olur.

mənbə :
anspress

“Bu mene qismet olmayacaqsa, heç kime olmayacaq”