İçeriğe geçmek için "Enter"a basın

Putin: Biz Suriyada hələ bütün imkanlarımızı göstərməmişik

20-12-2015


20.12.2015 / 00:59 xeber –

Rusiya Silahlı Qüvvələri Suriyada əməliyyatlar zamanı bütün imkanlarını göstərməyib: əlavə vasitələrimiz var və lazım gəldikdə onlar istifadə ediləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.  

 

“Biz təyyarəçilərimizin və kəşfiyyatçılarımızın Suriyada necə effektiv çalışdığını müşahidə edirik, onlar səylərini öz aralarında – ordu, donanma və aviasiyada çox effektiv şəkildə əlaqələndirərək, ən müasir silahdan istifadə edirlər. Qeyd edim ki,   bizim imkanlarımız bununla bitmir. Biz malik olduğunuz vasitələrin hamısını orada hələ istifadə etməmişik”, deyə Putin qeyd edib.    

 

“Bizim əlavə vasitələrimiz var və lazım gəldikdə onları da istifadə edəcəyik”, deyə Rusiya prezidenti vurğulayıb. 

mənbə :
lent.az

Putin: Biz Suriyada hele bütün imkanlarımızı göstermemişik