23:49 xeber – Çinin Sanya kurort şəhərində keçirilən “Dünya gözəli” gözəllik müsabiqəsi başa çatıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə gözəllik müsabiqəsinin rəsmi “Twitter” hesabı məlumat yayıb.
Bu il “Dünya gözəli” gözəllik müsabiqəsinin qalibi ispaniyalı Mireyya Lalaquna Royo seçilib.
“Dünya gözəli 2015” gözəllik müsabiqəsində ikinci yeri rusiyalı Sofiya Nikitçuk, üçüncü yeri isə İndoneziyalı Mariya Xarfanti tutub. Çinin Haynan adasında keçirilən yarışda 115 ölkənin təmsilçisi iştirak edsədə final mərhələsinə cəmi 25 namizəd qalıb.
İkinci yerin sahibi 22 yaşlı Nikitçuk Ural federal universitetinin humanitar elmlər və incəsənət fakültəsinin tələbəsidir. Rusiyalı 2015-ci il aprelin 19-da “Miss Rusiya” titulunu qazanıb.Keçən il müsabiqənin qalibi CAR-dan olan Rolen Ştraus olub. İkinci yeri Macarıstanlı Edina Kulşar üçüncü yeri isə ABŞ-ın nümayəndəsi Elizabet Safrit qazanıb.
Mireyya Lalaquna Royo
Sofiya Nikitçuk
mənbə :
anspress