İçeriğe geçmek için "Enter"a basın

Sumqayıtda dramatik qarşılaşma (VİDEO, FOTO)

19-12-2015

21:59 xeber – Bu gün iki oyunla Azərbaycan Premyer Liqasında II dövrənin sonuncu – XVIII tura start verilib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, tura “Sumqayıt” – “Rəvan” oyunu ilə start verilib.

6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 3:3. Hesabı 13-cü dəqiqədə meydan sahiblərindən Amil Yunanov açıb. “Rəvan” buna 27-ci dəqiqədə Şerif Sumanın qolu ilə cavab verib. 34-cü dəqiqədə dublunu rəsmiləşdirən Amil Yunanov komandasını yenidən hesabda önə keçirsə də, Ruslan Tağızadə bir dəqiqə sonra bərabərliyi təmin edib. 74-cü dəqiqədə Emin Mehdiyev meydandan qovulub və “Rəvan” penalti qazanıb. 11 metrlik cərimə zərbəsini Ramazan Abbasov dəqiq yerinə yetirib. “Sumqayıt”ın bərabərlik aхtarışı 90+5-ci dəqiqədə nəticə verib. Mikayıl Rəhimovun qolu matçın yekun nəticəsini müəyyənləşdirib. Bununla “Sumqayıt” məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdırıb.


Oyundan epizod

Günə “Qarabağ” – “Qəbələ” oyunu ilə yekun vurulub. Avropa Liqasının qrup mərhələsində iştirak etmiş komandaların duelində yenə qailb müəyyənləşməyib. I turda 2:2 hesablı heç-heçəyə razılaşan komandaların bu dəfəki duelində iki qol vurulub – 1:1. Hesabı 4-cü dəqiqədə Ermin Zets açıb. “Qarabağ” buna 79-cu dəqiqədə Əfran İsmayılovun qolu ilə cabav verib. Bununla da “Qarabağ” ardıcıl 3 turda heç-heçə oynayıb.

Qeyd edək ki, turun qalan 3 oyunu sabah keçiriləcək. Bununla da Premyer Liqada qış fasiləsi başlayacaq.

Premyer Liqa
2015/16 mövsümü
II dövrə, XVIII tur

19 dekabr
Sumqayıt – Rəvan 3:3
Qollar: Amil Yunanov, 13; 34. Mikayıl Rəhimov, 90+5 – Şerif Suma, 27. Ruslan Tağızadə, 35. Ramazan Abbasov, 75-pen.

Qarabağ – Qəbələ 1:1
Qollar: Əfran İsmayılov, 79 – Ermin Zets, 4.

mənbə :
anspress

Sumqayıtda dramatik qarşılaşma (VİDEO, FOTO)