İçeriğe geçmek için "Enter"a basın

3 nəfərin ölümünə səbəb olan şəxs məhkəmə zalında həbs edildi

18-12-2015


18.12.2015 / 11:25 xeber –

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn ağır yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Vitaliy Sarayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Vitaliy Salayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində heç yerə getməməklə bağlı iltizam ləvğ edilib, barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.

 

Qeyd edək ki, bu il martın 19-na keçən gecə saat 00.30 radələrində Sumqayıtda ağır yol qəzası baş verib, nəticədə 3 nəfər ölüb. Şəhər sakini Mövsüm Ataxanzadənin idarə etdiyi "QAZ-3110" və Bakı şəhər sakini Vitali Sarayevin idarə etdiyi "Toyota RAV-4" markalı avtomaşınlar toqquşub.

 

Nəticədə M.Ataxanzadənin sərnişinləri Şükür Əliyev, Cavid Quliyev və 45-50 yaşlı kişi hadisə yerində ölüb. Onun özü və V.Sarayev isə xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Hər ikisinin vəziyyəti orta ağırdır.

mənbə :
lent.az

3 neferin ölümüne sebeb olan şexs mehkeme zalında hebs edildi