İçeriğe geçmek için "Enter"a basın

Türkiyənin energetika naziri: "Azərbaycanla danışıqlarımız davam edir"

18-12-2015


18.12.2015 / 10:47 xeber –

Türkiyə hələ də Rusiyadan nəql olunan qazın qiymətinə endirim əldə etməyə çalışır. Bununla belə, rəsmi Ankara İrandan nəql olunan qazın qiymətinə endirim əldə edəcəyinə ümidlidir.

 

"APA-Economics"in xəbərinə görə, bu barədə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak "A Haber" telekanalının efirində deyib.

 

Nazir əlavə edib ki, Türkiyə qış mövsümündə qaz nəqli ilə bağlı hər hansı problemin yaşanmayacağından arxayındır.

 

"Neqativ halların müşahidə olunacağını düşünmürəm, bizim alternativ variantlarımız var. Biz qaz strategiyası üzərində müxtəlif ölkələrlə birgə çalışırıq. Problemlərin yarana biləcəyi vaxtda biz ani olaraq başqa bazarlarla təmasa keçirik. Biz İran və Azərbaycanla danışıqlarımızı davam etdiririk", – deyə nazir qeyd edib.

mənbə :
lent.az

Türkiyenin energetika naziri: "Azerbaycanla danışıqlarımız davam edir"