00:04 xeber – Cəbhə xəttində vəziyyət gərginləşib. Bu dəqiqələrə qədər cəbhə xəttinin Tərtər istiqamətində intensiv atışma müşahidə olunur.
Azadlıq.az xəbər verir ki, ans tv-nin Qarabağ bürosunun məlumatına görə, cəbhə xəttində gərginlik bu gün də davam edib. Hazırda Tərtərin Qapanlı kəndi Ermənistan Silahlı Qüvvələri mövqeylərində 200-250 metr məsafədə yerləşir. Kənd sakinlərinin verdikləri son məlumata görə, bu gün saat 20:00 radələrində etibarən atəş səsləri eşidilməyə başlayıb.
Düşmən əsasən minaatanlardan, iriçaplı silahlardan Azərbaycan mövqelərini atəşə tutub. Atəş zamanı kənd sakinləri arasında xəsarət alan olmayıb.
mənbə :
anspress