İçeriğe geçmek için "Enter"a basın

Daha bir rayonda həyat “ASAN”laşdı

17-12-2015

22:28 xeber – Prezident İlham Əliyev Masallı rayonunda regional “ASAN xidmət” kompleksinin tikintisi ilə əlaqədar sərəncam verib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu gün ölkə başçısının verdiyi sərənjamla Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Masallı rayonunda regional “ASAN xidmət” kompleksinin tikintisi üçün 9 milyon manat ayrılıb.


Bakıda “ASAN xidmət” mərkəzləri

Bununla da ölkə üzrə “ASAN xidmət” mərkəzlərinin ölkə üzrə sayının 10-a çatdırılmasına qərar verilib. Bundan əvvəl Bakıda 5, həmçinin Sumqayıt, Gəncə, Bərdə və Sabirabad rayonlarında “ASAN xidmət” mərkəzləri var idi. Yaradılmasına qərar verilmiş Masallı “ASAN xidmət” kompleksi jənub bölgəsinin əhalisinə xidmət üçün nəzərdə tutulub.

“ASAN xidmət” (ASAN) – Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə 13 iyul 2012-ci il tarixli, 685 nömrəli Fərmanla Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin himayəsi altında yaradılmışdır.

“ASAN xidmət” mərkəzi klassik “one stop-shop” qurumu kimi müxtəlif dövlət orqanlarının nümayəndələrinin cəmləşdiyi vahid məkandır. Bu tez-tez bir qapı və ya bir dam yanaşması kimi təsvir olunur. Beləliklə bu “vahid məkanın” yeni nəsli kimi qiymətləndirilə bilər ki, bir pəncərədən bir addım da irəlidədir.

“ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.

ASAN xidmət” mərkəzləri 10 dövlət orqanın standartlaşdırılmış 30 qrup hüquqi xidmətini həyata keçirir. Ümumilikdə özəl şirkət və müəssisələrin funksional yardımçı xidmətləri ilə birlikdə göstərilən xidmətlərin sayı 270-dən çoxdur.

mənbə :
anspress

Daha bir rayonda heyat “ASAN”laşdı