16.12.2015 / 11:18 xeber –
Azərbaycanda tanınmış qəzetlərdən biri rəsmən ləğv olunduğunu elan edib.
APA-nın məlumatına görə, "Paritet" qəzetinin redaksiyasının ləğv olunduğu barədə qərar rəsmi qəzetdə dərc olunub.
Qeyd edək ki, “Paritet” qəzeti 1999-cu ilin avqust ayının 17-də yaradılıb, həftədə 3 dəfə işıq üzü görüb. Qəzet fəaliyyətini faktiki olaraq 2012-ci il dekabrın 20-də dayandırıb.
Həmin vaxt qəzetin baş redaktoru Cəmaləddin Quliyev bildirmişdi ki, qəzet fəaliyyətini müvəqqəti dayandırır, bu barədə qərarı təsisçi qəbul edib. C. Quliyev təsisçinin bu qərarının texniki-maddi problemlərlə əlaqədar olduğunu bildirmişdi.
mənbə :
lent.az