İçeriğe geçmek için "Enter"a basın

Kralın itini təhqir etdi, 37 il həbs edilə bilər

16-12-2015


16.12.2015 / 11:00 xeber –

Cənub-şərq Asiya ölkəsi Taylandda kral ailəsinin hər hansı bir üzvünü təhqir etmək böyük cinayət sayılır.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, həmin ölkədə bu dəfə təhqir edilən kral ailəsinin üzvü deyil, 9-cu Kral Ramanın iti Tongdaeng olub.

İnternetdə kralın iti ilə bağlı gülüş doğuran bir statusu bəyənib paylaşan 27 yaşlı fabrik işçisi Thanakorn Siripaiboon ötən həftə həbs edilib. Məhkəmə qarşısına çıxarılacaq şəxs üçün 37 il həbs istənir.

mənbə :
lent.az

Kralın itini tehqir etdi, 37 il hebs edile biler