İçeriğe geçmek için "Enter"a basın

Bakıda 25 yaşlı qız canına qəsd etdi

16-12-2015

10:58 xeber – Bakıda intihar hadisəsi baş verib. 25 yaşlı qız özünü asıb.

Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, intihar Binəqədi rayonu, Biləcəri qəsəbəsi R.Allahverdiyev küçəsindəki hərbi şəhərcikdə qeydə alınıb. Şəhərcikdə yaşayan 1995-ci il təvəllüdlü Çiçək Zakir qızı Xəlilli yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib. Onun asılmış vəziyyətdə meyitini ailə üzvləri səhər saatlarında aşkar ediblər.

Hadisənin baş vermə səbəbləri barədə hələlik məlumat verilmir.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.

İki gün əvvəl də Bakıda, Binəqədi rayonunda intihar baş verib. 53 yaşlı qadın özünü asıb.

Hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi döngə 2, mənzil 13 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1962-ci il təvəllüdlü Kamilə Yaqub qızı Məmmədova özünü yaşadığı evin qaz borusundan iplə asıb.

mənbə :
anspress

Bakıda 25 yaşlı qız canına qesd etdi