İçeriğe geçmek için "Enter"a basın

Rafet El Romanın Bakı konserti: Biletin qiyməti 200 manat

16-12-2015


16.12.2015 / 10:51 xeber –

Türkiyəli müğənni Rafet El Roman dekabrın 27-də Bakıya gələcək. Lent.az-ın məlumatına görə, sənətçi həyat yoldaşı Ceren Kaplakarslanı da özü ilə birlikdə paytaxtımıza gətirəcək. Bu haqda təşkilatçı Nahid Emiloğlu xəbər verib. O, türkiyəli ifaçının dekabrın 29-da Bakı Əyləncə Mərkəzində konsert verəcəyini bildirib. Rafet isə sosial şəbəkədə azərbaycanlı pərəstişkarlarına müraciət edərək, hər kəsi konsertə dəvət edib. Türkiyəli ifaçı Bakıya böyük orkestrı ilə birlikdə gələcək. O, gecədə sevilən mahnıları ilə yanaşı yeni bəstələr də səsləndirəcək.

Qeyd edək ki, konsertə biletlərin qiyməti 40 manatadır. VİP yerlər üçün isə biletlərin qiyməti 200 manata nəzərdə tutulub. Tədbirin aparıcısı Zaur Nəbioğludur.

mənbə :
lent.az

Rafet El Romanın Bakı konserti: Biletin qiymeti 200 manat