İçeriğe geçmek için "Enter"a basın

Kerri Moskvada 35 minlik bazarlıq etdi - FOTO

15-12-2015

18:49 xeber – ABŞ-ın dövlət katibi Con Kerri Moskvanın mərkəzi küçəsi “Arbat”da bazarlıq edib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, onun şəkilləri ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat katibi Uilyam Stivens tərəfindən “Twitter” də paylaşılıb.

Kerri alış – veriş zamanı köməkçisi Viktoriya Nuland və ABŞ-ın Rusiyadakı səfiri Con Teft müşayiət edib. ABŞ-ın dövlət katibini mərkəzi küçədə gəzintisi Moskva sakinlərinin diqqətini cəlb edib.

Dövlət katibi Arbat küçəsindəki dükanlardan birindən hədiyyə alıb. O, hədiyyəyə 35 min rubl xərcləyib. Kerri uzun müddət hədiyyələrə baxıb və sonra nənələrədən ibarət matryoşkaya 8 min xərcləyib. O, həm də hər biri 1700 rubl olan 3 ədəd parça kukla alıb. Onun aldığı ən bahalı hədiyyə isə iki kəhrəba qaşlı üzük olub. ABŞ dövlət katibi həmin üzüklərin hər birinə 10 min rubl verib.

Secretary Kerry out and about on Arbat this afternoon in #Moscow. #KerryinMoscow pic.twitter.com/4wfbBqSPhJ— Will Stevens (@WBStevens) 15 декабря 2015

Con Kerri Moskva küçələrində gəzərkən

O, gəzintiyə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra çıxıb. Gözlənilir ki, bu gün isə Con Kerrinin prezidenti Vladimir Putinlə görüşəcəyi bildirilir.


Con Kerri bazarlıq edərkən

Kerrinin bundan əvvəlki səfərində Putin çay süfrəsinə qonaq etmişdi. Görüş Vladimir Putinin Soçidəki iqamətgahındə baş tutmuşdu. Həmin vaxt 90 dəqiqə planlaşdırılan görüş, qeyri – formal olaraq dörd saat davam etmişdi.

Secretary Kerry offers his holiday wishes to some folks on Arbat today. #KerryinMoscow pic.twitter.com/xfkxofMrDW— Will Stevens (@WBStevens) 15 декабря 2015

Con Kerri sakinlərlə görüşərkən

mənbə :
anspress

Kerri Moskvada 35 minlik bazarlıq etdi – FOTO