15.12.2015 / 12:27 xeber –
Bu gün tütün məmulatları və alkoqollu içkilərin satışı ilə məşğul olan və POS-terminalı olmayan obyektlərin siyahısı Vergilər Nazirliyinə təqdim olunacaq.
"APA-Economics"in məlumatına görə, bunu vergilər nazirinin I müavini Natiq Əmirov deyib.
Nazir müavini deyib ki, ölkədə kifayət qədər POS-terminal var: "Biz ilin sonuna qədər POS-terminal olmayan yerlərdə müvafiq infrastrukturun qurulmasını təmin edəcəyik".
mənbə :
lent.az