İçeriğe geçmek için "Enter"a basın

Putinin "göz bəbəyi" Türkiyədə - FOTO

15-12-2015

11:24 xeber – Rusiya istehsalı olan mobil telefon Türkiyədə satışa çıxır. Azadlıq.az xəbər verir ki, anspress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Vladimir Putinin iki ekranlı telefonu iki ölkə arasındakı təyyarə gərginliyinə baxmayaraq türk bazarına daxil olacaq.

Putinin qərbin sanksiyaları ilə üzləşdikdən sonra daima əlində daşıdığı və təqdimatını etdiyi ağıllı telefon “YotaPhone 2” iki ölkə arasındakı gərginliyə baxmayaraq bazara çıxıb.

İki ekranı olan yeni mobil telefon Rusiyanın qüruru kimi təqdim edilir. Onun bir ekranı normal telefon funksiyalarının icrası, digəri isə e-kitab oxuyucusu kimi istifadə edilir.
Cihaz 3 gün enerjisini saxlaya bilir.


Android sistemli “YotaPhone 2″nin daha bir özəlliyi isə bir ekranının hər zaman açıq olmasıdır. Buna baxmayaraq telefon çox az enerji istifadə edir.

“YotaPhone 2″nin texniki özəllikləri belədir:
8 mp kamera
5 inç ekran
4.7 inç e-mürəkkəb ekran
Android 5.0
2.2 GHz
2 GB Ram
32 GB daxili yaddaş
3 gün batareya ömrü
145 qram çəki


Noyabrın 24-də Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcısı Suriya ilə sərhəddə Rusiyaya məxsus bombardmançı təyyarəni vurub. Türkiyə tərəfi Su-24 təyyarəsinin sərhədi pozduğuna görə vurulduğunu bəyan edib. Rusiya tərəfi isə təyyarənin Suriya ərazisində vurulduğunu iddia edir.

Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatlar səsləndiriblər. Rusiya lideri Vladimir Putin bunu Rusiyaya vurulan arxdan zərbə adlandırıb. O, bu hadisənin Türkiyə ilə əlaqələrə təsir edəcəyini deyib.

Gərginlikdən sonra Rusiya tərəfi sanksiyalar tərtib edib. Yanvar ayının 1-dən Türkiyədən bir çox məhsulun, xüsusilə meyvə-tərəvəzin gətirilməsi qadağan edilib.

mənbə :
anspress

Putinin “göz bebeyi” Türkiyede – FOTO