İçeriğe geçmek için "Enter"a basın

Gəncədə taksi sürücüsünü bıçaqlayan şəxs saxlanılıb

19-02-2024

[r32] 2024-02-19 08:50:09- Xeber –
İki gün əvvəl Gəncədə taksi sürücüsünü bıçaqlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Eşqin Qasımovun “Report”un Qərb bürosuna verdiyi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakinləri Nadir Cıqqarov və Samir İsmayılovun bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar zamanı həmin şəxslərə xəsarət yetirən şəxsin Anar Tağıyev olması müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törərməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, öncə həmin şəxslərin bir-birinə xəsarət yetirdikləri bildirilmişdi.

[r34]

Mənbə

Gencede taksi surucusunu bicaqlayan sexs saxlanilib