İçeriğe geçmek için "Enter"a basın

ABŞ-da baş verən atışmada azı iki polis ölüb, bir neçəsi yaralanıb

19-02-2024

[r32] 2024-02-19 04:23:45- Xeber –
ABŞ-ın Minnesota ştatının Bernsvill şəhərində baş verən atışma nəticəsində iki polis əməkdaşı və bir yanğınsöndürən həlak olub, bir neçə polis əməkdaşı yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Silahlı cinayətkar öz evində ailəsini girov götürüb. Xüsusi təyinatlılar qrupu evə basqın edənə qədər onunla danışıqlar dörd saat davam edib.
Ştatın qubernatoru Tim Valts bildirib ki, təhlükədə olan ailəyə kömək edərkən iki polis və bir yanğınsöndürən həlak olub, digər zabitlər yaralanıb.
Onun sözlərinə görə, əməliyyat zamanı girovlardan heç biri xəsarət almayıb, cinayətkar hücum zamanı öldürülüb. Polis hələ ki, cinayətin motivini açıqlamayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

[r34]

Mənbə

ABS-da bas veren atismada azi iki polis olub, bir necesi yaralanib