İçeriğe geçmek için "Enter"a basın

Papua-Yeni Qvineyada qəbilələrarası toqquşmalarda 50-dən çox şəxs ölüb

19-02-2024

[r32] 2024-02-19 04:04:53- Xeber –
Papua-Yeni Qvineyanın yüksək dağlıq ərazilərində qəbilələrarası toqquşmalar nəticəsində azı 53 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə Avstraliyanın ABC telekanalı polisin bəyanatına istinadən məlumat yayıb.
Polis bildirib ki, Enqa əyalətində pusquya salınan şəxslər qətlə yetirilib.
Belə ki, cəsədlər bir yerdə deyil, çöldə, yolun kənarında və çayın yaxınlığında tapılıb.
Polis meyitləri maşınlara yükləyib və şəxsiyyətlərini müəyyən etmək üçün ərazidən aparıb. Səlahiyyətlilər ölənlərin sayının 60-65-ə çata biləcəyini vurğulayıblar.

[r34]

Mənbə

Papua-Yeni Qvineyada qebilelerarasi toqqusmalarda 50-den cox sexs olub