İçeriğe geçmek için "Enter"a basın

Paşinyan İrəvan və Bakının əvvəllər əldə edilmiş razılaşmalara sadiq olduğunu bildirib

18-02-2024

[r32] 2024-02-18 21:41:54- Xeber –
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə Münhendə keçirilən görüşün əsas nəticələrindən birini tərəflərin əvvəllər əldə edilmiş razılaşmalara sadiqliyinin təsdiqi adlandırıb.
“Report” xəbər verir ki, bu barədə o, Almaniyadakı erməni icmasının nümayəndələri ilə görüşündə bildirib.
“Masada vacib bir sual var idi. Tərəflər daha əvvəl Praqa və Brüsseldə əldə olunmuş razılaşmaları təsdiq edirmi? Ümumiləşdirsək, qeyd edə bilərik ki, tərəflər bu razılaşmalara sadiq qalırlar”, – deyə Ermənistan Nazirlər Kabinetinin rəhbəri bildirib.
Baş nazir qeyd edib ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutacaq.
“Biz prezident İlham Əliyevlə razılaşdıq ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutacaq, bundan sonra ölkələr arasında sərhədin demarkasiyası və delimitasiyası üzrə komissiyanın növbəti iclası da keçiriləcək”.

[r34]

Mənbə

Pasinyan İrevan ve Bakinin evveller elde edilmis razilasmalara sadiq oldugunu bildirib