İçeriğe geçmek için "Enter"a basın

Premyer Liqa: "Neftçi" "Zirə"ni məğlub edib

18-02-2024

[r32] 2024-02-18 19:06:59- Xeber –
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
“Report”un məlumatına görə, günün ikinci matçında “Neftçi” “Zirə”ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 1:0. Yeganə qolu 11-ci dəqiqədə Ervin Koffi vurub.
Bu nəticədən sonra xallarının sayınə 35-ə çatdıran “Neftçi” üçüncü pillədə qərarlaşıb. “Qartallar” 32 xalla dördüncüdür.
Qeyd edək ki, günün ilk matçında “Sumqayıt” evdə “Turan Tovuz”la qolsuz heç-heçə edib. Ötən gün “Sabah” “Kəpəz”i üstələyib – 3:2. “Səbail” – “Araz-Naxçıvan” görüşündə qalib müəyyənləşməyib – 2:2. Turun “Qəbələ” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.

Bizim WhatsApp kanalımıza abunə olun

[r34]

Mənbə

Premyer Liqa: “Neftci” “Zire”ni meglub edib