İçeriğe geçmek için "Enter"a basın

Bolqarıstanın baş naziri martın 6-da istefa verəcək

18-02-2024

[r32] 2024-02-18 18:48:04- Xeber –
Bolqarıstanın baş naziri Nikolay Denkov martın 6-da əvvəllər razılaşdırılmış rotasiya çərçivəsində vəzifəsindən istefa vermək niyyətini təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə Denkov Münhen Təhlükəsizlik Konfransından qayıdarkən keçirdiyi brifinqdə məlumat verib.
“Martın 6-da mən istefa verəcəm. Normal konstitusiya proseduru var və hökumət növbəti qərar qəbul olunana qədər öz vəzifələrini icra etməyə davam edəcək. Əgər onun işinə mane olmasalar, dram olmayacaq”, – hökumət başçısı bildirib.
Denkov aydınlaşdırıb ki, yeni hökumətdə Xarici İşlər Nazirliyinə kimin rəhbərlik edəcəyi məsələsi açıq qalır.

[r34]

Mənbə

Bolqaristanin bas naziri martin 6-da istefa verecek