[r32] 2024-02-18 13:20:51- Xeber –
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Berlin müdafiə sektorunda “illərlə diqqətsizliyi” kompensasiya etmək niyyətindədir və buna görə də ölkənin hərbi xərcləri artaraq ÜDM-in 3,5 %-nə çata bilər.
Bu barədə “Report” “Bloomberg”ə istinadən xəbər verir.
Pistorius vurğulayıb ki, müdafiə sənayesinə maliyyə investisiyaları üçün konkret rəqəmlər Almaniya iqtisadiyyatındakı konkret vəziyyətdən asılı olacaq.
O, həmçinin ÜDM-in 2 %-i olan müdafiə xərclərinə nail olmaq üçün digər NATO ölkələrinin də Berlindən nümunə götürəcəyinə ümid etdiyini bildirib.
Bizim WhatsApp kanalımıza abunə olun
[r34]