[r32] 2024-02-17 14:40:12- Xeber –
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.
“Report”un məlumatına görə, ilk gündə iki oyun keçiriləcək və hər ikisində turnir cədvəlində qonşu olan komandalar münasibətlərinə aydınlıq gətirəcəklər.
Əvvəlcə “Sabah”la “Kəpəz” birincilərin meydanında üz-üzə gələcəklər. Uğursuz mövsüm keçirən bakılıların daha bir məğlubiyyəti Gəncə təmsilçisinin onlara yaxınlaşmasına səbəb ola bilər.
Günün ikinci görüşündə eyni xalla (30) turnir cədvəlinin 5-6-cı yerlərini bölüşdürən “Səbail”lə “Araz-Naxçıvan” qarşılaşacaq.
Turun “Sumqayıt” – “Turan Tovuz” və “Neftçi” – “Zirə” oyunları fevralın 18-də keçiriləcək. “Qəbələ” – “Qarabağ” matçı isə ikincilərin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.
Premyer Liqa
XXIII tur
17 fevral
16:00. “Sabah” – “Kəpəz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Bank Respublika Arena”
18:30. “Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Kamran Əliyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“ASCO Arena”
N
Klublar
O
Q
H
M
T-F
X
1
Qarabağ
22
16
3
3
55-20
51
2
Sumqayıt
22
9
8
5
23-25
35
3
Neftçi
22
9
5
8
25-21
32
4
Zirə
22
8
8
6
14-12
32
5
Səbail
22
8
6
8
32-33
30
6
Araz-Naxçıvan
22
8
6
8
24-26
30
7
Turan Tovuz
22
8
5
9
36-33
29
8
Sabah
22
7
7
8
30-26
28
9
Kəpəz
22
5
5
12
18-37
20
10
Qəbələ
22
4
3
15
15-39
15
Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) – 15, Yassin Benzia (“Qarabağ”), Aleksandr Ramalinqom (“Səbail”) – 8, Pedro Nuno (“Səbail”), Orxan Əliyev (“Araz-Naxçıvan”) – 7.
[r34]