İçeriğe geçmek için "Enter"a basın

Gəncədə taksi sürücüləri müştəri üstə bir-birlərinə xəsarət yetiriblər

17-02-2024

[r32] 2024-02-17 00:00:34- Xeber –
Gəncə şəhərində müştəri üstündə taksi sürücüləri arasında mübahisə düşüb, onlar bir-birlərinə kəsici alətlə xəsarət yetirib.
“Report”un Qərb bürosunun məlumatına görə, Gəncədən Bakıya sərnişin daşıyan taksi sürücüləri arasında müştəri üstə mübahisə düşüb.
Nəticədə onlar bir-birlərinə kəsici alətlə xəsarət yetiriblər.
Xəsarət alan – 1980-ci il təvəllüdlü Samir Arif oğlu İsmayılov və Nadir adlı digər şəxs Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş hesab edilir.
Faktla bağlı araşdırma aparılır.

[r34]

Mənbə

Gencede taksi suruculeri musteri uste bir-birlerine xesaret yetiribler