[r32] 2024-02-16 09:22:16- Xeber –
Türkiyənin Marmara dənizində batan karqo gəmisi tapılıb.
“Report” “Star”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Qeyd olunub ki, gəmi dənizin 51 metr dərinliyində aşkarlanıb.
Axtarış-xilasetmə tədbirləri davam edir.
Gəmidəki insanlar barədə isə hələ ki məlumat yoxdur.
Qeyd edək ki, gəmi fevralın 15-də batıb. Batan gəmidə altı nəfərin olduğu bildirilir.
Bizim WhatsApp kanalımıza abunə olun
[r34]