İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanın Avropa çempionu: Rəqiblərimi əvvəldən tanıyırdım

15-02-2024

[r32] 2024-02-15 22:40:10- Xeber –
Rəqiblərimi əvvəldən tanıyırdım, yarışa kimlərin gəldiyini bilirdik.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Avropa çempionatında qızıl medal qazanmış yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.
“Yarışa hazırlıqlarımız çox yaxşı keçdi. Xorvatiyada bir çox ölkələrin idmançılarının qatıldığı təlim-məşq toplantısını keçmişdik. Şükür Allaha, bunun bəhrəsini gördük. Rəqiblərimin hamısını məşqçilərlə analiz etdik. Hər bir rəqibin gücünü analiz edib, onunla necə mübarizə aparacağım barədə düşünmüşdüm”, – o deyib.
H.Cəfərov olimpiya oyunlarına səylə hazırlaşacağını vurğulayıb:
“İnşallah var gücümüzlə çalışıb, səhvlərimizin üzərində işləyib, yaxşı hazırlaşıb olimpiya oyunlarında yaxşı nəticələr əldə edəcəyik”.

Bizim WhatsApp kanalımıza abunə olun

[r34]

Mənbə

Azerbaycanin Avropa cempionu: Reqiblerimi evvelden taniyirdim