İçeriğe geçmek için "Enter"a basın

Xaçmazda iki yük avtomobili toqquşub, ölən və ağır yaralılar var - YENİLƏNİB-2

15-02-2024

[r32] 2024-02-15 17:15:26- Xeber –
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Mürşüdoba kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
“Report” xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, iki “Mercedes” markalı yük avtomobillərinin toqquşması nəticəsində 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
17:28
Xaçmazda yük avtomobillərinin toqquşması nəticəsində ölən və yaralananların kimliyi bilinib
“Report”un Şimal bürosunun məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun 32-ci km-də, Xaçmaz rayonunun Mürşüd-oba kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi zamanı Novruzov Üzeyir Telman oğlu hadisə yerində ölüb.
Quba rayonu 1-ci Nügədi kənd sakinləri Qonaqbəyov Cavid Murad oğlu və Məmmədov Balakişi Pərviz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
16:24
Xaçmaz rayonunun Mürşüdoba kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Şimal bürosunun məlumatına görə, “Ford” markalı yük avtomobili ikiqoşqulu “Mercedes” markalı yük avtomobili ilə toqquşub.
Nəticədə bir nəfər ölüb. Ağır xəsarətlər alan 2 nəfər isə Təcili Tibbi Yardım briqadalarının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

[r34]

Mənbə

Xacmazda iki yuk avtomobili toqqusub, olen ve agir yaralilar var – YENİLENİB-2