İçeriğe geçmek için "Enter"a basın

Horadiz–Ağbənd dəmir yolu xəttinin tikinti işlərinin 48 %-i tamamlanıb

14-02-2024

[r32] 2024-02-14 18:40:39- Xeber –
2021-ci ilin fevralın 14-də təməli qoyulmuş Horadiz – Ağbənd dəmir yolu xəttinin tikinti işlərinin 48 %-i tamamlanıb.
Bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib.
Məlumata görə, ADY-nin işçi qatarları sözügedən dəmir yolu xəttinin Həkəri stansiyasına kimi hərəkət edə bilirlər.
Ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xətti üzrə 9 stansiya, dəmir yollarının ən uzun – 23 aşırımlı, 771 metr uzunluğunda körpüsü, müstəqillik dövründə qapalı üsulla tikilən ilk dəmir yolu tuneli və ümumilikdə isə 500-ə yaxın süni mühəndis qurğusunun tikintisi həyata keçirilir.

Bizim WhatsApp kanalımıza abunə olun

[r34]

Mənbə

Horadiz–Agbend demir yolu xettinin tikinti islerinin 48 %-i tamamlanib