[r32] 2024-02-14 14:34:06- Xeber –
NATO-nun Baş katibi Yens Stoltenberq ABŞ Konqresinin Ukraynaya yeni yardım paketini tez bir zamanda təsdiqləyəcəyini gözləyir.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında bildirib.
“Avropa İttifaqının Ukraynaya yardımı (növbəti 4 il ərzində 50 milyard avro) təmin etmək qərarını alqışlayıram. ABŞ Konqresinin bunu tezliklə təsdiqləyəcəyini gözləyirəm”, – o qeyd edib.
Y.Stoltenberq yanvarın sonunda ABŞ-yə son səfəri zamanı respublikaçı konqresmenlərlə bir neçə görüş keçirərək onları Ukraynaya yardım paketini dəstəkləməyə inandırdığını vurğulayıb.
Bizim WhatsApp kanalımıza abunə olun
[r34]