[r32] 2024-02-14 13:17:46- Xeber –
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Binəqədi Tibb Mərkəzinə direktor təyin edilib.
“Report” xəbər verir ki, mərkəzin direktoru vəzifəsi Müşfiq Mirzəyevə həvalə olunub.
Bu gün TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Müşfiq Mirzəyevi kollektivə təqdim edib.
Qeyd edək ki, M.Mirzəyev bundan əvvəl Mərkəzi Dəmiryol Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.
Bizim WhatsApp kanalımıza abunə olun
[r34]