İçeriğe geçmek için "Enter"a basın

Şimali Koreya bir neçə qanadlı raket buraxıb

14-02-2024

[r32] 2024-02-14 06:16:25- Xeber –
Şimali Koreya şərq sahillərindən bir neçə qanadlı raket buraxıb.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Buraxılış saat 09:00 (Bakı vaxtı ilə 04:00) radələrində baş verib, raketlər Vonsandan şimal-şərqdə aşkar edilib. Onların sayı dəqiqləşdirilməyib.
Cənubi Koreya ordusu monitorinqi gücləndirdiyini və Şimali Koreyanı izləmək üçün ABŞ-la koordinasiya etdiyini vurğulayıb.
Bu, Şimali Koreyanın ilin əvvəlindən bəri beşinci qanadlı raket buraxılışıdır.

Bizim WhatsApp kanalımıza abunə olun

[r34]

Mənbə

Simali Koreya bir nece qanadli raket buraxib