[r32] 2024-02-13 18:58:51- Xeber –
Fevralın 12-də Sumqayıt şəhəri ərazisində 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.
Bu barədə “Report”a DİN Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qətli törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Qoşnəliyev Habil Bayram oğlu müəyyən olunaraq saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlərə görə baş verib.
Qeyd edək ki, fevralın 8-də Sumqayıtda 48 yaşlı kişinin itkin düşməsi barədə məlumat yayılıb. Bildirilib ki, Sumqayıt şəhərində yaşayan Rəvan Abdullayev 04.02.2024-cü il tarixində polisə məlumat verərək qardaşı 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun “BTZ” bağları ərazisində yerləşən kafelərdən birindən çıxaraq, naməlum istiqamətə getdiyini və bir daha geri qayıtmadığını bildirib.
Bizim WhatsApp kanalımıza abunə olun
[r34]