[r32] 2024-02-12 17:43:27- Xeber –
Xankəndiyə yeni polis rəisi təyin olunub.
“Report”un Qərb bürosunun məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polkovnik Zaur Nəsirov Göygöl rayon Polis Şöbəsinin rəsi vəzifəsindən azad edilərək Xankəndi Polis Şöbəsinin rəsi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, 1980-ci il təvəllüdlü Z.Nəsirov Xankəndidə anadan olub. O, Bakı şəhər Xətai rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini və 2021-ci ildən isə Göygöl rayon Polis Şöbəsinin rəsi vəzifəsində çalışıb.
Bizim WhatsApp kanalımıza abunə olun
[r34]