[r32] 2024-02-11 15:19:32- Xeber –
Azərbaycan Basketbol Liqasında XIV tura yekun vurulub.
“Report”un məlumatına görə, son oyun Xaçmazda keçirilib.
Yerli “NTD-İndiqo” “Xırdalan”ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Rəqibini 84:77 hesabı ilə məğlub edən “Xırdalan” xallarının sayını 23-ə yüksəldib. Xaçmazlılar turnir cədvəlinin 5-ci pilləsində qərarlaşırlar.
Hesabında 24 xal olan “NTD-İndiqo” isə “Neftçi” ilə birlikdə 3-4-cü yerləri bölüşdürür.
[r34]