[r32] 2024-02-09 22:25:08- Xeber –
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirən Rəşt-Astara dəmir yolunun tikintisi beş ilə tamamlana bilər.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Hədami deyib.
“Əgər maliyyə vəsaiti təmin olunarsa, çatışmayan 162 kilometrlik hissənin tikintisi 5 il ərzində başa çatdırıla bilər”, – o bildirib.
Nazir müavini əlavə edib ki, tikinti üçün vəsait Rusiya tərəfindən verilir.
Xatırladaq ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycandan keçməklə Hindistan, İran və Rusiyanı birləşdirəcək.
Bizim WhatsApp kanalımıza abunə olun
[r34]