İçeriğe geçmek için "Enter"a basın

"Azerbaijan International 2024": Azərbaycanın daha bir təmsilçisi 1/8 finala yüksəlib

09-02-2024

[r32] 2024-02-09 16:55:26- Xeber –
Azərbaycanın daha bir badmintonçusu Keişa Fatimə Zəhra Bakıda keçirilən “Azerbaijan International 2024” turnirində 1/8 finala vəsiqə qazanıb.
“Report” xəbər verir ki, idmançı 1/16 finalda Meksika təmsilçisi Vanessa Marisela Qarsiya Kontrerasa qalib gəlib.
Qarşılaşma Keişa Fatimə Zəhranın 2:0 (21:14, 21:10) hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, daha əvvəl yığmamızın digər üzvü Edi Reski Dviçayo 1/8 finala yüksəlib.

[r34]

Mənbə

“Azerbaijan İnternational 2024”: Azerbaycanin daha bir temsilcisi 1/8 finala yukselib