İçeriğe geçmek için "Enter"a basın

İsveçrə şirkəti AFFA-nın departamentinin fəaliyyətinə qiymət verib

09-02-2024

[r32] 2024-02-09 16:36:35- Xeber –
İsveçrənin SGS şirkəti 2023-cü ildə AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.
“Report” xəbər verir ki, şirkət tərəfindən AFFA-ya ünvanlanmış məktubda qeyd olunub ki, Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur.
Bundan əlavə, Klubların Lisenziyalaşdırılması Departamenti 2024/2025 Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.
Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

[r34]

Mənbə

İsvecre sirketi AFFA-nin departamentinin fealiyyetine qiymet verib