İçeriğe geçmek için "Enter"a basın

BP: "Bu il üçün 18 quyu təhvil verməyi planlaşdırırıq"

09-02-2024

[r32] 2024-02-09 09:18:29- Xeber –
BP fəaliyyət səviyyəsini daim artırır və keçən il 17 quyu işlənib. Bu il üçün isə 18 quyunun təhvil verilməsi planlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Cim O’Liri (Jim O’Leary) Bakıda keçirilən “IADS Drilling Caspian” konfransında bildirib.
O deyib ki, hazırda böyük kəşfiyyat işləri aparılır: “Bütün işlərdə qabaqcıl texnologiyalardan istifadə edirik. Ancaq burada əsas məsələ odur ki, “Azəri-Çıraq-Günəşli” yatağı artıq yaşlanır. Biz problemli quyuları yenidən bərpa etməliyik. Yeni quyuların sayını artırmalıyıq. Tərəfdaşlarımızın dəstəyi var və bu dəstəyi daim saxlamaq üçün fəaliyyətimizi mükəmməl şəkildə həyata keçirməliyik”.

[r34]

Mənbə

BP: “Bu il ucun 18 quyu tehvil vermeyi planlasdiririq”