İçeriğe geçmek için "Enter"a basın

Ermənistan və Azərbaycan qaz kəmərlərinin bərpası məsələsini hələ müzakirə etməyiblər

09-02-2024

[r32] 2024-02-09 08:59:34- Xeber –
Ermənistan və Azərbaycan qaz kəmərlərinin bərpası məsələsini hələ müzakirə etməyiblər.
“Report” xəbər verir ki, bu barədə “Sputnik-Ermənistan”a Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ermənistan və Azərbaycanın qaz nəqli sistemləri bir-biri ilə bu magistral qaz kəmərləri vasitəsilə birləşdirilmişdi: Qazax-İrəvan, diametri 1000 mm, 6 km-i bərpa olunmalıdır; Şərur-İrəvan, diametri 700 mm, 22 km bərpa edilməlidir; diametri 700 mm olan Gorus-Naxçıvan 16,5 km-lik hissəsi bərpa olunmalıdır.
“Məlumat veririk ki, Azərbaycan tərəfi ilə bu məsələ ilə bağlı heç bir müzakirə aparılmayıb”, – nazirlik qeyd edib.
Qeyd edilib ki, bu ərazilərin bərpası xərclərinə gəlincə, bu məsələ də hələ müzakirə olunmayıb.

[r34]

Mənbə

Ermenistan ve Azerbaycan qaz kemerlerinin berpasi meselesini hele muzakire etmeyibler