[r32] 2024-02-08 22:39:34- Xeber –
Amerika hakimiyyət orqanları çəkisi 1 karat və ya daha çox, başqa yerdə emal edilib-edilməməsindən asılı olmayaraq, 0,5 karat və ya daha çox çəkisi olan qeyri-sənaye almazlarının Rusiyadan ölkəyə idxalını qadağan edəcək.
“Report” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.
Məhdudiyyətlər 2024-cü il martın 1-dən çəkisi 1 karat və ya daha çox olan qeyri-sənaye almazlarına, 2024-cü il sentyabrın 1-dən isə çəkisi 0,5 karat və ya daha çox olan qeyri-sənaye almazlarına şamil ediləcək.
[r34]