[r32] 2024-02-08 12:36:21- Xeber –
Azərbaycanda növbədənkənar prezident seçkiləri bütün ərazilərdə hüquq və azadlıqlara hörmətlə yanaşı, hamı tərəfindən qəbul edilmiş demokratik prinsiplərə uyğun keçirilib.
“Report” xəbər verir ki, bunu Qırğızıstandan olan müşahidəçi, deputat İsgəndər Matraimov mətbuat konfransında deyib.
“Əhalinin bütün təbəqələri nəzərə alınıb. Səhhətinə görə seçki məntəqəsinə gələ bilməyənlər üçün daşınan qutular hazırlanıb. Bütün Azərbaycan xalqını seçkilər münasibətilə təbrik edirəm. Ölkənizə sülh və firavanlıq arzulayıram”, – o qeyd edib.
Qırğız deputat vurğulayıb ki, Azərbaycanın seçki qanunvericiliyi demokratik seçkilərin keçirilməsi üçün bütün lazımi şəraiti təmin edir.
[r34]