İçeriğe geçmek için "Enter"a basın

Stoltenberq: "Zalujnının istefasından asılı olmayaraq, Kiyevi dəstəkləməyə davam edəcəyik"

07-02-2024

[r32] 2024-02-07 19:56:38- Xeber –
Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnının istefasından asılı olmayaraq, Kiyevi dəstəkləməyə davam edəcəyik.
“Report” xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Alyans V.Zalujnının istefası xəbərini şərh edə bilməz: “Buna Ukrayna qərar verməlidir. Biz isə Ukraynanı dəstəkləməyə davam edirik”.
Xatırladaq ki, daha öncə Ukraynanın bir sıra teleqram kanalları, habelə ölkənin keçmiş deputatı Zalujnının guya vəzifəsindən azad olunduğunu açıqlayıb. Rəsmi Kiyev isə bunu təkzib edib.

Bizim WhatsApp kanalımıza abunə olun

[r34]

Mənbə

Stoltenberq: “Zalujninin istefasindan asili olmayaraq, Kiyevi desteklemeye davam edeceyik”