İçeriğe geçmek için "Enter"a basın

Xankəndidə seçkilər: seçicilər sevinc və qürurla səs verirlər

07-02-2024

[r32] 2024-02-07 13:27:19- Xeber –
“Xankəndidə seçici fəallığı müşahidə olunur. Proses çox şəffaf həyata keçirilir”.
Bunu “Report”un Qərb bürosunun Xankəndiyə ezam olunan əməkdaşına açıqlamasında 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı seçki məntəqəsinin sədri İmran Mirzəyev deyib.
Onun sözlərinə görə, saat 12.00-dək 3946 nəfər səs verib, seçki fəallığı 50 faizdən çox olub.
Məntəqə sədri bildirib ki, müstəqillik dövründə Xankəndidə ilk dəfə səsvermənin keçirilməsi qürurvericidir:
“Seçicilərimiz böyük fərəhi hissi ilə gəlib səs verirlər. Səsvermədə heç bir mənfi hal qeydə alınmayıb”.
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

[r34]

Mənbə

Xankendide seckiler: seciciler sevinc ve qururla ses verirler